Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II beynəlxalq “Ocaq kuboku” turniri keçirilib. İki gün davam edən yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası qüvvəsini sınayıb. Yarışda 2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparıblar.
Turnirə Naxçıvan Atletika Federasiyasının baş məşqçisi, İdman ustası Humay Qafarovanın rəhbərliyi ilə muxtar respublikadan 2 idmançı qatılıb. 2014-cü il təvəllüdlər arasında Təranə Əlizadənin çıxışı uğurlu alınıb. Gimnastımız lentlə hərəkətlərdə ikinci yerə layiq görülüb. Eyni yaş kateqoriyasında gürzlərlə çıxış edən Mədinə Rəhimli isə dördüncü yerlə kifayətlənib.
Xatırladaq ki, Təranə Əlizadə sentyabr ayı Naxçıvanda keçirilən “Grace of nature” beynəlxalq turnirində də gümüş medal qazanmağa müvəffəq olmuşdu.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti